Sosial

3 rayonun icra başçısının dəyişdiriləcəyi xəbəri yayıldı

1918
3 rayonun icra başçısının dəyişdiriləcəyi xəbəri yayıldı
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Bakının Nizami rayonuna başçı təyin olunması gözlənilir.

Bu barədə PİA.AZ-ı məlumatlandıran mənbənin sözlərinə görə bununla bağlı yaxın günlərdə prezident sərəncam verə bilər.

Qeyd edək ki, bir müddət əvvəl prezidentin sərəncamı ilə Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri təyin olunub. Hazırda Nizami rayon İcra Hakimiyyəti başçısı vəzifəsi vakantdır.

Mənbə bildirir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun təyinat alması istisna olunmur. Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə isə kimin gətirlməsi haqqında heç bir məlumat verilmir.

Xatırladaq ki, daha əvvəl Nizami rayon İcra Hakimiyyəti vəzifəsinə Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədovun adı hallanıb.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq...