Son xəbər / Hadisə

Hikmət Hacızadə süni nəfəs aparatına qoşulub

Hikmət Hacızadə süni nəfəs aparatına qoşulub
Tanınmış politoloq, Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə süni nəfəs aparatına qoşulub.

LIDERINFO.AZ-nun əldə etdiyi məlumata görə, hazırda Hikmət Hacızadə Diaqnoztika Mərkəzinin reanimasiya şöbəsindədir:

"Hikmət bəy beyin insultu keçirib, vəziyyəti ağırdır. Həkimlər səhhəti ilə bağlı yaxşı nəsə demirlər. Yenə də bütün mümkün variantlar götür-qoy edilir, harasa aparmağın mümkün olub-olmadığı müzakirə olunur. Oğlunun gəlməsi gözlənilir”.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadənin səhhətində problem yaranıb. Həkimlər onun insult keçirdiyini bildirib.