Son xəbər / Kriminal

Biləcərinin bələdiyyə sədri həbs olundu

1301
Biləcərinin bələdiyyə sədri həbs olundu
Biləcəri sakinlərindən şok məlumat daxil olub

Məlumatda deyilir ki, Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Qəsəbə sakinlərinin verdiyi məlumata görə hazırda İlham Xəlilovu postunda Hikmət adlı şəxs əvəz edir.

Əməkdaşımız Biləcəri bələdiyyəsi ilə telefon əlaqəsi saxlayıb. Sədrin katibəsi əməkdaşımıza bildirirb ki, keçən həftə yeni sədr seçilib. Yeni sədr əvvəl bələdiyyənin üzvü olan Hikmət Quliyevdir. Keçmiş sədr ilə bağlı suala isə katibə cavab verməyib.(Qafqaz Xəbər Agentliyi).

Onu da qeyd edək ki, İ.Xəlilovun nəqliyyat naziri Ziya Məmmədovun "çətir"i altında olduğu haqda mətbuatda çoxsaylı təkzib olunmayan yazılar dərc olunub.