Son xəbər / Əsas Xəbər
Ağdamda yeni qalmaqal...
3147

Bir neçə gün əvvəl Ağdam məktəblərində keçirilən buraxılış imtahanı zamanı növbəti qalmaqal yaşanıb.
Belə ki, Ağdam Təhsil Şöbəsinin müdir əvəzi Rahil Allahverdiyev direktorlara tapşırıq verib ki, buraxılış imtahanı verən bütün uşaqlardan pul toplanılsın. Şöbə müdiri əvəzi şahadətnamə üçün 50 manat, atestat üçün isə 100 manat toplanılmasın istəyib. O toplanan pulları rayonda imtahan keçirən TQDK əməkdaşlarına verəcəyini bildirib.
Bu barədə AzMedia.info-nu məlumatlandıran mənbə Rahil Allahverdiyevin bu iddiasından və şagirdlərdən pul toplamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmmədovun nə qədər məlumatlı olması barədə heç bir şey söyləməyib. Amma Rahil Allahverdiyevin Raqub Məmmədovun sinif yoldaşı və qohumu olması barədə dövrü mətbuatda məlumatlar dərc olunur.
Qeyd edək ki, qısa müddət öncə Ağdam rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəb direktorları prezident İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova şikayət xarakterli müraciət ediblər. Həmin müraciətdə direktorlar bildirirdi ki, icra başçısının adından Ağdam Təhsil Şöbəsinin müdir əvəzi Rahil Allahverdiyev onlardan pul tələb edir
Oxşar xəbərlər:

İmtahan nəticələri açıqlandı
Maraq / Araşdırma
İlham Pirməmmədovun "daydaylıq"etdiyi 170 saylı orta məktəbdə özbaşınalıq
Ana səhifə / Əsas Xəbər
Gəncə Təhsil Şöbəsinin müdiri direktorlardan icra başçısı üçün min manat pul yığır- Araşdırma
Redaksiya seçimi / Əsas Xəbər
Təhsil Şöbəsinin müdirəsi oğlunun qumar borcuna görə 200 min manat ödəyib?
Ana səhifə / Əsas Xəbər
Ağdamın kiçik oliqraxının böyük hoqqaları - İlginc iddialar
Siyasət / Araşdırma