Son xəbər / Maraq

Nazirdən operatorlara son xəbərdarlıq (VİDEO)

807
Nazir mobil operatorlara xəbərdarlıq etdi.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sifarişi ilə Amerikaya məxsus şirkət Azərbaycanın mobil operatorların göstərdiyi xidmətlərin keyfiyyətini monitorinq edib.

Nəticə isə ürəkaçan olmayıb. Hələ də müəyyən problemlərin olduğunu nəzərə alan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil operatorlardan xidmətlərin keyfiyyətini iki dəfəyə qədər artırmağı tələb edib.

Nazir Əli Abbasov operatorlara xəbərdarlıq edib ki, məsələ lisenziya müddətinin uzadılmasına təsir edə bilər:

"Son zamanlar hər üç mobil operatordan şikayət daxil olur. Beynəlxalq rabitənin təşkilində problemlər yaranır. Bu yaxınlarda bu məsələləri biz birgə müzakirə etmişdik. Çox ciddi olaraq onların nəzərinə çatdırmışdım ki, bunlar tezliklə ortadan qaldırılsın. Çünki, beynəlxalq rabitənin xidmətlərində nə qədər çox istifadə edilsə, həcmi bir o qədər də artacaq. Ona görə, hər üç mobil operator passivlik nümayiş etdirməməlidir. Bir daha xatırladıram ki, hər üç mobil operatorun lisenziya vaxtları yaxınlaşır. Biz rabitənin təşkilində keyfiyyətsiz işlə qarşılaşsaq lisenziyanın verlişi zaman bu mütləq nəzərə alınacaq”.