Son xəbər / Kriminal

Çimmək üçün hamama girən 9 yaşlı qız öldü

1033
Çimmək üçün hamama girən 9 yaşlı qız öldü
Bu gecə İmişli rayonunda bədbəxt hadisə baş verib. Rayon polis şöbəsindən verilən məlumata görə, hadisə saat 01 radələrində baş verib.

Həmin saatlarda 2006-cı il təvəllüdlü Nuridə Niyaməddin qızı Təhməzova hamamda çimirmiş.

Bu zaman su qızdırıcısının üstünə su tökülüb. Bunun nəticəsində Nuridə Təhməzova hadisə yerində dünyasını dəyişib.

Hadisənin dəqiq baş vermə səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.