Son xəbər / Kriminal
Bələdiyyə sədrini nə səbəbə öldürdülər?
1105

Bu gecə Abşeron rayonunun Saray bələdiyyəsinin sədrini və onun həyat yoldaşını qətlə yetirən adam ailənin yaxşı tanıdığı şəxs olub.
Liderinfo.az-ın məlumatına görə, bələdiyyə sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı 1976-cı il təvəllüdlü Vəfadar Əbdilhəsənovu evlərində qətlə yetirən qəsəbədə ev dəllalı olub.
Hadisəni törədən 1980-cı il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov Saray qəsəbəsində uzun müddət ev alqı-satqısı ilə məşğul olurmuş. Onun bələdiyyə sədri Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı ilə yaxşı münasibətləri olub.
Onların arasında mübahisə isə torpaq üstündə yaranıb. Hələlik mübahisənin dəqiq motivi məlum olmasa da, Fədail Hüseynovun bələdiyyə sədrinin evinə son dəfə torpaq üstündə yaranmış mübahisəyə son qoymaq üçün getdiyi ehtimal edilir.
Fədail Hüseynov bələdiyyə sədrinin boğazını bıçaqla kəsib və onun bədəninə çoxsaylı bıçaq zərbələri vurub. Onun həyat yoldaşı Vəfadarı isə güllələyib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Oxşar xəbərlər:

Daha bir azərbaycanlı müğənni boşandı
Maraq / Şou Biznes
Bakıda ana 2 körpəsini boğdu: “Mən şeytanın yolu ilə gedirəm” (TƏFƏRRÜAT)
Son xəbər / Kriminal
Müstəqim Məmmədovun subsidiya maxinasiyaları
Əsas Xəbər
Avtoyuma məntəqəsinin işçisi müştərinin avtomobili ilə qadını vurdu
Son xəbər / Kriminal
Bakıda aptek işçisini baltalayan “Maşın şou”da həkim olub
Kriminal / Araşdırma