Son xəbər / Dünya

Metro və avtobuslarda iş vaxtı dəyişdirilir (VİDEO)

783
İlk Avropa Oyunlari ilə əlaqədar ictimai nəqliyyatin iş qrafiki dəyişdiriləcək.

Liderinfo.az-ın məlumatına görə, bu addım oyunlarin keçirildiyi vaxtda insanların daha çox ictimai nəqliyyatdan istifadə etməsi üçün atılıb.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin meneceri Afaq Hüseynli bildirib ki, oyunlar vaxtı metro hər gün saat 6-dan gecə saat 1-ə kimi, marşrut avtobusları və "ekspress" avtobuslar isə səhər saat 5-dən gecə saat 1-ə kimi fəaliyyət göstərəcək:

"Yəni genişlədirilmiş iş reşimində fəaliyyət göstərəcəyik. Ona görə də imkan daxilində fərdi avtomobillərdən maksimum dərəcədə az istifadə etməyə və ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırırıq. Yol hərəkətlərinin məhduduiyyətləri haqqında məlumatlar mümkün qədər əvvəlcədən ictimaiyyətə çatdırlacaq. Həm şirkətlər, həm qurumlar, həm də sakinlər gündəlik səyahət planlarını müvafiq qaydada təmzimləyə bilsinlər”.

Paytaxt yollarında oyunlar üçün nəzərdə tutulmuş zolaqlardan istifadə edəcək, akkreditasiyadan keçmiş xüsusi avtomobillərin üzərinə "VAP” icazə nişanları yapışdırılacaq. Yəni sürücülər nişanları bir-birinə ötürə bilməyəcəklər. "VAP” adlanan bu nişanlar yalnız bir avtomobil üçün nəzərdə tutulub".