Son xəbər

MTN generalı klyonka sexinin sahibini necə talayib? - İTTİHAM VAR

1573
MTN generalı klyonka sexinin sahibini necə talayib? - İTTİHAM VAR
MTN-nin Sumqayıt Şəhər İdarəsinin sabiq rəisi general-mayor Tarverdi Məmmədovun avtomobil təkərlərinin alqı-satqısı ilə məşğul olan Hacı Namaz adlı iş adamından 1 milyon 500 min mant məbləğində pul aldığından bəhs etmişdik.
[b][/b]
Bugünlərdə Moderator.az-a T.Məmmədovla bağlı daha bir informasiya daxil olub. MTN generalının bir qanunsuz əməli ilə bağlı redaksiyamızı bilgiləndirən mənbə, onun Sumqayıtdakı klyonka sexinin rəhbəri Hacı Gülağa adlı iş adamından da bir milyon manat pul aldığını bildirib. Mənbənin sözlərinə görə, şəhərdəki iş adamlarının “ovuna” çıxan T.Məmmədov sahibkara bildirib ki, pulu ödəməyəcəyi təqdirdə onu bir neçə maddə ilə məsuliyyətə cəlb edəcək, azadlıqdan uzun müddət məhrum edilməsinə nail olacaq. T.Məmmədov öz niyətində nə dərəcədə ciddi olduğunu göstərmək üçün bəzi sahibkarların aqibətini də Hacı Gülağaya xatırladaraq, onu öz həyatı ilə oyun oynamamağa çağırıb. Məhz bütün bu hədə-qorxu və təzyiqlərdən sonra yeganə çıxış yolunun tələb olunan pulu ödəmək olduğunu görən Hacı Gülağa, T.Məmmədovun qanunsuz tələbini yerinə yetirməyə məcbur olur. Yalnız bundan sonra iş adamı sabiq MTN rəhbərliyinin caynağından xilas ola bilib.
Mənbənin sözlərinə görə, hazırda sahibkar vaxtiylə üzləşdiyi qanunsuzluqlarla bağlı əlaqədar qurumlara müraciət etmək niyyətindədir. İş adamı ümid edir ki, sabiq MTN rəhbərliyində təmsil olunan T.Məmmədovla bağlı müraciəti ciddi şəkildə araşdırılacaq və ona dəyən ziyanın qismən də olsa ödənilməsi təmin olunacaq.