Son xəbər

Qorxulu açıqlama: Avropada yenə terror olacaq

720
Qorxulu açıqlama: Avropada yenə terror olacaq
Fransa paytaxtı Parisdə həyata keçirilən terror aktları əvvəlcədən planlaşdırılıb və Avropanın digər ölkələrində də yeni terror aktları törədilə bilər.

Liderinfo.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fransa baş naziri Manuel Vals bildirib.

Hökumət başçısı, həmçinin təsdiqləyib ki, ötən gün bütün ölkə ərazisində anti-terror əməliyyatları keçirilib.
Əməliyyatlar Tuluza, Qrenbol, Jemon və Bobin şəhərlərində keçirilib. Polis Tuluza şəhərində üç nəfəri həbs edib.

Qeyd edək ki, noyabrın 13-ü Fransa paytaxtı Parisdə törədilən silsilə terror aktları nəticəsində 132 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Fransa Prezidenti Fransua Olland 2005-ci ildən sonra ilk dəfə bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib və sərhədlərin bağlandığını bildirib.