Son xəbər

AKİF ÇOVDAROVUN EVİNDƏ AXTARIŞ APARILIR

869
AKİF ÇOVDAROVUN EVİNDƏ AXTARIŞ APARILIR
Liderinfo.az İslaminsesi.org isdnaden xeber verir ki Bir neçə saat əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun evində və bağında axtarış aparılıb.

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məlumatda bldirilir ki, axtarış A.Çovdarovun oğlunun, kürəkəninin və digər yaxın qohumlarının evlərində və bağlarında da aparılıb.

***

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov təqsirləndirilən şəxs qismində 4 saat sorğu-sual edilib.

Onun, ifadə verəndən sonra, Nərimanov rayonundakı Müvəqqəti Saxlama Məntəqəsinə aparıldığı bildirilir.

Sabah A.Çovdarov ifadə vermək üçün yenidən Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsinə aparılacaq.

İfadə verəndən sonra ona qarşı rəsmi ittihamın irəli sürüləcəyi gözlənilir.

Ancaq A.Çövdarovun hələlik konkret hansı cinayət üzrə təqsirləndirildiyi və hansı işlə bağlı ifadə verdiyi məlum deyil.

Virtualaz.org A.Çovdarovla bağlı məsələni nəzarətdə saxlayır və bu barədə bütün məlumatları nəzərinizə çatdıracaq.