Son xəbər

Kərəm Həsənov prokurorluqda dindirilib? - Açıqlama

941
Kərəm Həsənov prokurorluqda dindirilib? - Açıqlama
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) qurumun sədri Kərəm Həsənovun Baş Prokurorluğa dəvət olunaraq dindirilməsi barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

Bununla bağlı Fins.az-a açıqlama verən Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib ki, bu məlumat bəzi saytlar tərəfindən qərəzli şəkildə yayılır və heç bir əsası yoxdur:

"Komitə sədrinin iftira dolu məlumatlarda qeyd olunduğu kimi, Baş Prokurorluğa çağırılması xəbəri həqiqətə uyğun deyil, tamamilə yalan, uydurma və böhtan xarakterlidir. Belə məlumatlar bir sıra qərəzli və külli miqdarda dövlət əmlakını əldə etmək istəyən, lakin buna ƏMDK tərəfindən imkan verilməyən şəxslər tərəfindən bilərəkdən və qəsdən bəzi informasiya saytlarına ötürülərək Komitənin qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinə və nüfuzuna xələl gətirmək məqsədi və sabotaj xarakteri daşıyır. ƏMDK öz fəaliyyətində açıqlığın, şəffaflığın və ictimai məlumatlandırmanın təmin olunmasını "Kütləvi informasiya vasitələri haqqında” qanuna uyğun olaraq özünün rəsmi internet səhifəsi, mətbu orqanları və digər kütləvi informasiya vasitələrində mətbuat məlumatlarının yayılması yolu ilə həyata keçirir”.