Son xəbər

Daha bir ölkədə terror aktı: onlarla ölü, yüzdən çox yaralı

700
Daha bir ölkədə terror aktı: onlarla ölü, yüzdən çox yaralı
Livanın paytaxtı Beyrutda terror aktı törədilib. ANS PRESS-in məlumatına görə, 2 terrorçu kamokadzenin özünü partlatması nəticəsində 37 nəfər ölüb, 181 nəfər yaralanıb.

Livan mətbuatının yazdığına görə, Burj al-Barajneh ərazisində insanların sıx olduğu küçədə törədilən terror aktını Hizbullah təşkilatı həyata keçirib.

İŞİD terrorçu qruplaşması isə Beyrutdakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb, lakin hələlik tam təsdiqini tapmayıb.

Bu terror aktının Beyrutda 25 il əvvəl vətəndaş müharibəsindən sonra ən ağır parlayış olduğu bildirilir.

Daha bir ölkədə terror aktı: onlarla ölü, yüzdən çox yaralı

Beyrutdakı partkayışdan görüntülər

Fransanın paytaxtı Parisdə isə noyabrın 13-də törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb, onlardan 99 nəfərinin vəziyyəti kritikdir. Törədilmiş terror aktları nəticəsində ölənlərin arasında 12 ölkənin vətəndaşı var. Son məlumata əsasən, terror aktlarının qurbanları arasında Əlcəzair, Belçika, Böyük Britaniya, Çili, Mərakeş, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Tunis, ABŞ və Fransa vətəndaşları var. Azərbaycan vətəndaşı yoxdur.

Daha bir ölkədə terror aktı: onlarla ölü, yüzdən çox yaralı
Parisdəki terror hücumundan ilk görüntülər (18+)

Dünyanın əksər ölkə liderləri Parisdəki terror aktını qəti şəkildə pisləyib. Paris terroruna ən sərt reaksiya Türkiyədən gəlib. Türkiyə prezidenti bəyan edib ki, artıq terrorçuluğa qarşı birləşmənin vaxtı çoxdan çatıb. Azərbaycan, ABŞ, Rusiya da terror aktını pisləyib, Fransa xalqına başsağlığı veriblər.