Son xəbər

Oğlunun gecə klubunda yayılan görüntüləri icra başçısına problem yaratdı - FOTO

1264
Oğlunun gecə klubunda yayılan görüntüləri icra başçısına problem yaratdı - FOTO
Oğlunun gecə klubunda yayılan görüntüləri Masallının icra başçısına problem yaradıb...

İki gün öncə feysbukda Masallı rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun oğlu Şəhriyar Hüseynovun fotosu yayılıb. "İnfo Masallı" adlı səhifənin yaydığı fotoda icra başçısının oğlunun keyf məclisi əksini tapıb.
Məlumatda bildirilir ki, Şəhriyar Hüseynovun fotosu çəkilən məkan gecə klubudur və orada vaxtaşırı çılpaq qadınlar rəqs edir. Bununla yanaşı, Şəhriyar Hüseynov Bakı şəhərinin ən bahılı gecə klublarının hörmətli qonaqlarından hesab olunur. Onun bir gecədə 3-4 min manat hesab verdiyi, gecə klubuna ən azı yanında 5-6 qızla getdiyi iddia olunub.

Arqument.Az-a daxil olan ilginc məlumata görə, oğlunun əyləncəli həyatı ilə bağlı yayılmış görüntülər və məlumatlar icra başçısı Rafiq Hüseynova ciddi problem yaradıb. Artıq bu qalmaqallı xəbərlərlə bağlı məlumat dövlət rəhbəriliyinə də çatdırılıb. Məsələ araşdırılır və yaxın günlərdə Rafiq Hüseynovla bağlı qəti qərar verilə bilər.

Bəzi məlumatlara görə, onun yaxın günlərdə Prezident Adminstrasiyasına çağırılağı da istisna edilmir. Mənbə bildirir ki, yaxın günlərdə Rafiq Hüseynovun nəzarətində sərvəti ilə bağlı yoxlamalar da başlayacaq. Çünki məmur oğlunun əyləncəli həyatı və gecə klublarında külli-miqdarda pul xərclədiyi ciddi sual doğurub. Onun bu pulları haradan əldə etdiyi də müzakirə mövzusudur.

Xatırdadaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müşavirələrdə bəyan edib ki, məmurlar özlərinə və övladlarına çəki-düzən verməlidirlər. Dövlət başçısı bəyan edib ki, övladları harınlıq edən, camaatı incidən və özbaşınalıqlarla məşğul olan məmurları ağır şəkildə cəzalandıracaq.

Qeyd edək ki, indiyə qədər prezident bir neçə məmuru övladlarının hərəkətinə görə işdən azad edərək, cəzalandırıb.