Son xəbər

Elmar Məmmədyarovun da idarəsi yoxlanılır - Sənəd istənilib...

806
Elmar Məmmədyarovun da idarəsi yoxlanılır - Sənəd istənilib...
Az əvvəl məlumat vermişdik ki, keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun xarici siyasət idarəmizdə də geniş şəbəkəsi mövcud olub.

Bununla bağlı DİA.AZ-a daxil olan xəbərdə deyilirdi ki, keçmiş nazirin doğma bacısı Elmira Mahmudova Xarici İşlər Nazirliyində konsulluq idarəsində müşavir vəzifəsində çalışır. Bu da hamısı deyil. Məlumatı dia.az-a verən mənbə bildirirdi ki, Eldar Mahmudovun XİN sistemində çalışan adamlarından biri də artıq həbsdə olan BTRİB şefi Beytulla Hüseynovun qaynı, hal-hazırda Azərbaycanın Qars şəhərindəki baş konsulu postunu tutan Ayxan Süleymanovdur.

Elə bu faktların özü yetərlidir ki, bir müddət əvvəl süni şəkildə alovlandırılan "diplomat qalmalı"nın arxasında kimlərin dayandığını təxmin edə biləsən. Yəni görünəni odur ki, Eldar Mahmudovun xəyanətkar şəbəkəsi genişplanlı şəkildə fəaliyyət imkanlarına sahib olub.
verilən son xəbərə görə, artıq istintaq orqanları Xarici İşlər Nazirliyindən bir neçə sənədi tələb ediblər. Mənbəyə görə, bu, "MTN işi" ilə əlaqədardır:

"Çox güman Məmmədyarov bəzi olaylara yetərli reaksiya verməməsi səbəbindən "vurulacaq". Prosesin istiqaməti məhz bu yönədir"...