Son xəbər

Neft ucuzlaşmaqda davam edir

690
Neft ucuzlaşmaqda davam edir
Londonda keçirilən hərraclarda Brent neftinin qiyməti bir barelə görə 44 dollardan aşağı düşüb

Brent markalı neftin dekabr fyuçeslərinin qiyməti 0,32 dollar (0,73%) ucuzlaşaraq bir barelə görə 43,74 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin dekabr fyuçeslərinin qiyməti 1,12 dollar (2,68%) azalaraq 40,63 dollar olub.

Neft kotirovkaları ABŞ-da artmaqda olan kommersiya ehtiyatları barədə məlumatların yayılmasından sonra ucuzlaşır.

Həftənin əvvəlindən Brent 7,8%, WTI isə 8,3% ucuzlaşıb.