Son xəbər

Heydər Babayevin biznesi çökür

1390
Heydər Babayevin biznesi çökür
Heydər Babayevin biznesi çökür - “Çudo-peçka” kimin oduna düşüb?

Heydər Babayevin biznesi çökür - “Çudo-peçka” kimin oduna düşüb?
Satışı xeyli zəifləyən şəbəkənin tam bağlanacağı gözlənilir .

Bakıda “Çudo-Peçka” restoranlar şəbəkəsinin işi xeyli dərəcədə zəifləyib. Restoranlar şəbəkəsinin bir-birinin ardınca bağlanacağı gözlənilir. Şəhərin 3-cü mikrorayon dairəsində yerləşən məntəqənin dəyişdirilməsindən sonra növbə digər filiallara da çatıb. Paytaxtın “Sahil” və “Neftçilər” metro stansiyaları yaxınlığındakı məntəqələrin də işinə xitam veriləcəyi istisna olunmur. Çünki “Çudo Peçka” rəqabətdə açıq-aşkar uduzmaqdadır.

2000-ci ilin əvvəllərindən Bakıda fəaliyyətə başlayan “Çudo-Peçka” mağazalar şəbəkəsi iş adamı Çingiz Cəlilovun götürdüyü kreditin qaytarılmaması səbəbindən girov kimi itirilib. Bir müddət “Bank Standart”ın girovluğunda qalan restoranları H.Babayev bankının nəzarətinə keçirib.

Müğənni Röyanın keçmiş qayınatası olan Çingiz Cəlilovun biznesinin çökdürülməsi “Çudo-Peçka” mağazalar şəbəkəsinin onun əlindən alınması ilə başlayıb. H.Babayevin Çingiz Cəlilovdan təkcə “Çudo Peçka” şəbəkəsinə daxil olan mağazaları deyil, həmçinin "5 qazan" restoranlarını da kredit borcu müqabilində öz nəzarətinə keçirməsi barədə hələ illər öncə mediada xəbərlər vardı.

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti "Çudo-Peçka" MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar etmişdi.


Heydər Babayevin biznesi çökür

Qeyd edək ki, Heydər Babayevin nazir olduğu vaxtlarda “Bank Standart” onun böyük biznes imperiyasına daxil idi. Sabiq iqtisadi inkişaf naziri mərhum prezident Heydər Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən məmurlardan biri idi. 1997-ci ildən Rusiyadakı “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyən Heydər Babayev 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. Və o, 2005-ci ilin oktyabrınadək bu vəzifədə çalışdı. Vəzifədə olduğu müddətdə qeyri-rəsmi şəkildə həm də bizneslə məşğul olan Heydər Babayev “ABU” şirkətlər qrupunu yaratmışdı.