Son xəbər

Eldar Mahmudovun Yasamaldakı istinad nöqtəsi... - Vergidən necə yayınırmışlar...

964
Eldar Mahmudovun Yasamaldakı istinad nöqtəsi... - Vergidən necə yayınırmışlar...
Gözlənilmədən vəzifədən uzaqlaşdırılan və tamamilə ciddi nəzarətə götürülən eks Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın ətrafı təfiş olunmaqdadır. Yayılan məlumatlarda qeyd olunur ki, bu günə kimi 80-dan artıq məmur və ya digər şəkildə Mahmudovla əlaqələri olan şəxslərin fəaliyyəti araşdırılır, vəzifədən götürülür və ya həbs olunur. Artıq bir neçə nəfərin həbsi rəsmi olaraq təqdiqlənib.
Amma bunlar hələ son deyil. Çünki, redaksiyaya gələn məlumatlardan bəlli olur ki, daha neçə-neçə şəxslər var ki, illər boyu Mahmudovun varlığından yararlanaraq milyonlar qazanıb, dövlət əmlakını mənimsəyib ki, indi də məsuliyyətdən gizlənməklə yaxa qurtarmağa çalışırlar. Əslində onların qanunsuz əməlləri “MTN işi”ni ciddi araşdıran aidiyyatı qurumlara çılpaqlığı ilə aydındır və onlar zatən etdiklərinin cəzasını çəkəcəklər.
ibrahim mehdiyev
Sadəcə bu faktlar da istintaqa az da olsa kömək eləmiş olar…
Bir neçə gün əvəll Eldar Mahmudovla kifayət qədər yaxın münasibətlərdə olan, avtomobilinin qapısını açıb-bağlamaqla qürur duyan, MTN şefinə arxalanaraq bütün qanunsuz əməllərə imza atan şəxslərdən biri – Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyevlə bağlı olduqca maraqlı faktlar təqdim etmişdik.
(Yazının linki burada: http://bizimxeber.az/2015/11/10/mahmudovun-yasamaldaki-%C9%99li-akif-haciyevin-1-2-milyonluq-borcu)
Həmin məlumatlara qeyd olunurdu ki, Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyev Eldar Mahmudovla kifayət qədər yaxın olub, rayon ərazisindəki imkanlı şəxslərin mənzillərinin yeri, biznes fəaliyyətləri barədə müfəssəl məlumatlar əldə edib, Yasamal rayonu ərazisində fəaliyyət göstərən mənzil alqı-satqı biznesini nəzarətdə saxlayıb…
Həmçinin Eldar Mahmudov onun oğluna MTN -də müəyyən vəzifə də verib.
Daha dəqiq təfərrüatlar barədə bu linkdən oxuya bilərsiniz. http://bizimxeber.az/2015/11/10/mahmudovun-yasamaldaki-%C9%99li-akif-haciyevin-1-2-milyonluq-borcu)
Lakin gələn maraqlı məlumatlarda Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyevin əməllərinin bununla bitmədiyi qeyd olunur.
Eldar_Mahmudov_281009Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, illərdi bu vəzifədə çalışan Akif Hacıyev öz yaxın adamlarını MİS-lərə müdir təyin etdirib, qohumlarına MKTB-də lazımlı vəzifələr (əmisi oğlu Simnar Hacıyevi anbardar vəzifəsində işləyir) verib.
Eldar Mahmudovun varlığından istifadə edərək Yasamal rayon icra başçısını saymayan, onun tapşırıqlarını qulaqardına vuran Akif Hacıyevə “gözün üstə qaşın var”deyən olmayıb. Mahmudov faktoruna görə ehtiyyat edən İbrahim Mehdiyev də ona bir söz deməyib. Çünki, dəfələrlə yaranan mübahisələrə Eldar Mahmudov səviyyəsində müdaxilələr olunub, Mehdiyev haqsız çıxarılıb. Hətta Bakı meri Hacıbala Abutalıbovu da saymayan Akif Hacıyev bəzən iclaslara belə getmirmiş…
hacibala yeni
Lakin Mahmudovun qəfil vurulması diğərləri kimi Akif Hacıyevin də planlarını alt-üst edib və onun da istintaqa çağırılması reallaşıb. Hətta İbrahim Mehdiyev səviyyəsində onun vəzifədən uzaqlaşdırlması məsələsi müzakirə olunub.
Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyevin bu postdan necə yararlanması barədə əlimizdə olan qalaq-qalaq məlumatların xırda məqamlarını təqdim edirik – Məsələn, 100-lərlə “ölü canlar”, təsərrüfat mallarının ürəyi istədiyti qiymətə sənədləşdirilməsi, 5 manatlıq smentin iki dəfə artıq qiymətə sənədləşdirilməsi, əlavə tikililərə verilən qanunsuz icazələr, iaşə obyektlərinə, kafe, restoranlara qoyulan haqq və diğər faktlar barədə yaxın günlərdə sənədlər təqdim edəcəyik.
Lakin elə məlumatlar var ki, onların rəsmi səviyyədə araşdırılması və içtimaiyyətə məlumat verilməsi zərurəti yaradır. Belə ki, Bizimxeber.az-a daxil olan məlumatlarda qeyd olunur ki, Akif Hacıyev “MTN şefi”nin adından istifadə edərək külli miqdarda vergidən yayınıb.
1.2 milyon manat vergi borcu olan A.Hacıyev Eldar Mahmudovun vurulmasından sonra vergi borcuna görə saxlanılıb. 2 gün harada saxlandığı bilinməyən A.Hacıyev sonradan vergini ödəyəcəyi ilə bağlı öhdəlik götürdükdən sonra sərbəst buraxılıb. Əlbətdə onun sərbəst buraxılmasında vergilər nazirliyində çalışan məsul şəxsin əməyi keçib. Belə ki, A.Haciyevlə qonşu olan və hələlik adını çəkmədiyimiz vergi məmuru onun buraxılması üçün xahiş edib.
Elə isə maraqlıdır… Bu vergi məmuru kimdir və o niyə Akif Hacıyevin sərbəst buraxılması üçün çalışıb? Bəlkə bu məmurla da Eldar Mahmudovun hansısa yaxınlığı olub? Hələlik bu sitiqamətdə araşdırmalarımız davam edir və yaxın günlərdə bu barədə müfəssəl məlumatlar verəcəyik.
Belə ki, 1.2 milyon manat vergini qısa müddətdə ödəyəcəyini söz verən A.Hacıyev indi əl ayaga düşüb. Daxil olan məlumatlarda qeyd olunur ki, A.Hacıyev vergini ödəmək üçün işçilərin əmək haqqlarına göz dikib. Açıq formada bildirilib ki, bir neçə ay əmək haqqları verilməyəcək və pul vergiyə ödənəcək.89700
Maraqlıdır, illər boyu vergi ödəməyən, DSMF-nin hesabatlarından yayınaraq milyonları cibinə qoyan A.Hacıyev indi bu pulu niyə kasıb, gününü küçələri süpürməklə keçirən insanlardan tutur?
Ölkə prezidentinin bir neçə gün əvvəl sahibkarlara edilən haqsızlıqlara son qoyulması ilə bağlı ciddi və sərt tapşırıqlarına rəgmən, ayda 190 manat əmək haqqı alan süpürgəçinin pulunu əlindən almağın adını nə qoyaq?
Vətəndaşları bu dövlətdən narazı saımaq yoxsa, qanunsuz əməllərin davamı? Bəlkə Akif Hacıyev insanları dövlətdən narazı salmaq üçün tapşırıqmı alır? Buna başqa nə ad qoyaq?
Daha bir maraqlı məqam isə Akif Hacıyevin məmur olduğu təqdirdə 20 yanvar metrosu yaxınlığında cay evinə və digər obyektlərə sahib olmasıdır. Bu faktı cay evini işlədən şəxslər və MKTB sədrinə yaxın olan adamlar da təsdiqləyir. Həmçinin bu çay evinin də eyni əmllə vergidən yayınması faktorudur. Hazırda Vergilər Nazirliyinə göndərilən sorğuda bu çay evinin konkret borc miqdarını dəqiqləşdirməyə çalışırıq.
P.S…
Daha bir maraqlı məqam isə iki həftə öncə rayonlardan birinin icra başçısı ilə Akif Hacıyevin 2 saatlıq maraqlı söhbətinin olmasıdır. Əcəba, icra başçısı (adı bəllidir) ilə MKTB rəhbəri nəyi müzakirə ediblər? Bu söhbətdən iki gün sonra Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması hansı planların üstündən xətt çəkib? Akif Hacıyev hansı rayonun icra başçısı olmaq istəyirmiş?
Yaxın günlərdə daha dəqiq təfərrüatlar barədə geniş məlumat verəcəyik…
Yazıda adı çəkilən şəxslərin, şəxsən Akif Hacıyevin qeyd olunan ittihamlara olan cavabını işıqlandırmağa hazırıq.