Son xəbər

Sevdiyi qadına görə özünü dənizə atdı - BULVARDAKI OLAYIN TƏFƏRRÜATI

659
Sevdiyi qadına görə özünü dənizə atdı - BULVARDAKI OLAYIN TƏFƏRRÜATI
Hadisə 2 gün öncə baş verib

Noyabrın 7-də bulvarda özünü dənizə atan şəxslə bağlı maraqlı məqam üzə çıxıb. Lent.az xəbər verir ki, həmin gün axşam saatlarında park ərazisində özünü dənizə atan 30 yaşlı Fariz Müslümov (ad və soyad şərtidir) bunu sevdiyi qadına görə edib.

Məlum olub ki, F.Müslümov qeyri-rəsmi nikah münasibətində olduğu qadının onu atmasından sonra sarsıntı keçirib. Sevdiyi qadının daha onunla yaşamaq istəmədiyini görən şəxs çıxış yolunu özünü dənizə ataraq intihar etməkdə görüb.

*****
Bakıda intihara cəhdin qarşısı alınıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Səbail rayonunda 1 nəfər intihar etmək məqsədi ilə özünü dənizə atıb.

Dərhal hadisə yerinə FHN-nin dalğıc-xilasediciləri cəlb edilib və vətəndaş xilas edilib. Əməliyyat saat 20:41-də başa çatıb.