Son xəbər

Bankları və lombardları muflis edən deputatın Eldar Mahmudov sevgisi – Faktların və nömrələrin təqdimatında

1071
Bankları və lombardları muflis edən deputatın Eldar Mahmudov sevgisi – Faktların və nömrələrin təqdimatında
Rəfael Cəbrayılov onu “narahat edən” borc sahiblərini məhz MTN-nin əli ilə “zərərsizləşdirirmiş”

Yada salaq ki, R.Cəbrayılov 2005-ci ildə Şirvandan deputat seçilmədiyi üçün baş prokuror Zakir Qaralovu ittiham edirdi. Onu Eldar Həsənovun adamı olduğu üçün məhz Qaralovun öncə Respublika Prokurorluğundan, daha sonra seçkilərdən uzaqlaşdırdığını iddia edirdi.

Azerinfo.org-a daxil olan məlumata görə, sabiq MTN şefi Eldar Mahmudovun kurasiyasında olan deputatlardan Rafael Cəbrayılov bankları, bank olmayan kredit təşkilatlarını və lombardları müflis etməkdə ittiham olunur.

E.Mahmudovun qudası Çingiz Əsədullayevin yaxın dostu və ortağı olan Rafael Cəbrayılovun sabiq MTN şefinin dəstəyi ilə ayrı-ayrı şəxs və qurumlardan müxtəlif miqdarda “borc” alaraq, qaytarmadığı bildirilir.

Məlumatda deyilir ki, bir müddət öncə “Nikoyl” Bankda olduğu kimi Bakıdakı bir sıra bank və lombardlara Cəbrayılov borcludur. Qardaşlarının tikinti işi üçün alındığı iddia olunan pullara zəmanət verən məhz deputat olub. Bu səbəbdən də pul sahibləri tikinti ilə məşğul olan qardaşlardan deyil, məhz deputatdan pullarını tələb edirlər.

Mənbənin sözlərinə görə, Eldar Mahmudov tutduğu vəzifədən uzaqlaşdırılmadan öncə R.Cəbrayılov onu “narahat edən” borc sahiblərini məhz MTN-nin əli ilə “zərərsizləşdirirmiş”. Hətta bunun müqabilində qardaşlarının tikdiyi evlərdən bir neçəsinin Eldar Mahmudov və Çingiz Əsədullayevə bağışlandığı da vurğulanır.

Fəqət hazırda vəziyyət dəyişib və Eldar Mahmudovun yoxluğunda R.Cəbrayılov yeni “arxa” arayışına girib.

Lakin borcluların artıq Prezident Adminstrasiyasına və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmi şəkildə müraciət etdikləri bildirilir. R.Cəbrayılovun özü ilə bağlı bu problemi həll etmək üçün müxtəlif variantlara əl atdığı, ancaq mənimsədiyi pulları geri qaytarmağı düşünmədiyi də bildirilir.

Borc sahiblərinin də bu saatdan sonra geri çəkilməyəcəkləri və yaxın günlərdə Azərbaycan Prezidentinə konkret faktlar üzrə müraciət ediləcəyi gözlənilir. Prezidentin sahibkarlara dəstək verdiyi bir dönəmdə oliqarx deputatın iş adamlarını müflisləşdirməsinə və nüfuzlu YAP üzvlərinə qarşı kampaniya aparmasına toxunulacaq.

Yada salaq ki, R.Cəbrayılov 2005-ci ildə Şirvandan deputat seçilmədiyi üçün baş prokuror Zakir Qaralovu ittiham edirdi. Onu Eldar Həsənovun adamı olduğu üçün məhz Qaralovun öncə Respublika Prokurorluğundan, daha sonra seçkilərdən uzaqlaşdırdığını iddia edirdi. Eləcə də, 2006-cı ildə parlamentə təkrar seçkilərdən qələbəsinin də həm də Zakir Qaralov üzərində qələbə olduğunu vurğulayırdı.

***

Qeyd edək ki, Rafael Cəbrayılovla bağlı redaksiyamızın elektron poçtuna son dərəcə ciddi ittihamlarla zəngin yazı daxil olub. Bizim yazdıqlarımızı təsdiqləyən faktlarla zəngin yazını qısa ixtisarla təqdim edirik:

V çağırış Milli Məclisə təkrar deputat seçilmək üçün 2005-ci ilin parlament seçkilərində məğlubiyyətə düçar olduğu dairədə təkrar şansını sınamaq üçün yenidən Rafael Cəbrayılov 46 Saylı Şirvan şəhər Seçki dairəsindən namizədliyini irəli sürüb.

Heç kimə sirr deyil ki, 2005-ci ildə R.Cəbrayılovun 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilməsində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun böyük rolu olub.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla olan iş birliyi Bakının müxtəlif rayonlarında göydələnlərin tikintisi ilə maneəsiz məşğul olmağa Rafael Cəbrayılova imkan verib. Müxtəlif tenderlərin qalibi olan “Kristal MMC”-nin faktiki bütün tikinti işlərini Rafael Cəbrayılova məxsus “Dərhal” MMC həyata keçirib və bir necə dəfə tikintilərin yarımcıq qalması səbəbindən və götürdüyü krediti vaxtında ödəməməsi səbəbindən bir necə bankla məhkəmə cəkişməsi olub . Bunlar 2013-ci ildə “Nikoil Bank” və 2014-cü ildə “ Dəmir Bank ” olub.