Son xəbər

Balakən gömrüyünə yeni rəis təyin olunub

1382
Balakən gömrüyünə yeni rəis təyin olunub
Balakən Gömrük İdarəsinə yeni rəis təyin edilib.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, Balakən Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov sərəncama götürülüb.

Həmin vəzifəyə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini Baba Salayev təyin edilib.

Komitədən o da bildirilib ki, bu adi prosedur qaydadır: "Bu, Komitə daxilində adi yerdəyişmədir və mütəmadi olaraq baş verir".