Son xəbər / İdman

İtaliya TAP layihəsində pay alır

745
İtaliya TAP layihəsində pay alır
İtaliyanın “Snam” qaz nəqli şirkəti Azərbaycan qazını Avropaya tədarük edəcək Trans Adriatik Boru Kəmərində (TAP) 20% payın alınmasında maraqlıdır.

Liderinfo.az-ın məlumatına görə, bu barədə şirkətin direktoru Karlo Malakarne bildirib.

O Parisdə beynəlxalq qaz konfransında deyib: "Azərbaycan qazının alınması üçün uzunmüddətli müqavilələrin imzalanması onu gösərir ki, layihə mənfəət vəd edir. Biz layihədə 20 faiz pay almaq üçün hazırıq.”

Onun sözlərinə görə, İtaliya Azərbaycan qazını yalnız 2020-ci ilin sonunda alacaq.

Xatırladaq ki, Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəməri (TAP) özündə birləşdirən Cənub Qaz Dəhlizi Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır; Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.