Son xəbər

Bacısının başını kəsən qız... - Atası hakimdən nə xahiş etdi?

1685
Bacısının başını kəsən qız... - Atası hakimdən nə xahiş etdi?
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının başını kəsib öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hazırlıq iclası baş tutub.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Xətai rayon məhkəməsinin qərarı ilə P.Nuriyeva fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib. Buna görə də onun məhkəmədə qanuni nümayəndəsi Güloğlan Ələkbərov olub.

Hakim bildirib ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair hazırlıq iclasında məhkəmə baxışı təyin edilib.

P.Nuriyevanın atası məhkəmənin növbəti iclaslarının qapalı keçirilməsini istəyib. Hakimlər kollegiyasının qərarı ilə məhkəmə qapalı elan edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, P.Nuriyeva bacısı Günel Nuriyevanı 2014-cü ilin oktyabr ayında yaşadıqları evdə başını bıçaqla kəsərək öldürüb.