Son xəbər

Sabah Ali Məhkəmə İlqar Məmmədov və Tofiq Yaqublunun şikayətinə baxacaq

1314
Sabah Ali Məhkəmə İlqar Məmmədov və Tofiq Yaqublunun şikayətinə baxacaq
“REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.


Bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib. Proses oktyabrın 13-də keçiriləcək.

Qeyd edək ki, onların kassasiya şikayəti üzrə məhkəmə prosesi yanvarın 13-də başlayıb. Lakin həmin vaxt hakimlər işlə tanış olmaq üçün prosesi təxirə salıblar.

Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.

Xatırladaq ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib.