Son xəbər

Goranboyda şagird dərsə qumbara ilə gəldi

670
Goranboyda şagird dərsə qumbara ilə gəldi
Oktyabrın 6-da Goranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbində şagird Ramil Şəmmədovun məktəbə gətirdiyi 1 ədəd “F-1” qumbarası müəllimlər tərəfindən alınaraq, polis əməkdaşlarına təhvil verilib

Liderinfo.az-ın DİN-in mətbuat xidmətinə istinadən məlumatına görə, araşdırmalar zamanı R.Şəmmədov izahatında həmin məktəbin şagirdi Emil Şirinovla birgə kəndin kənarında olarkən hərəsinin 1 ədəd qumbara tapmalarını bildirib.

E.Şirinovun yaşadığı evə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülüb.