Son xəbər / Araşdırma
Bakının bu yollarında sürət həddi aşağı salındı
1008

Bakıda “Oyunlar zolağı”nın olduğu yollarda ümumi hərəkət sürəti dəyişdirilib.
Bakı şəhər Dövlət Yol Polis İdarəsi Yol hərəkəti idarəetmə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mübariz Qazıyevin Liderinfo.az-ın verdiyi məlumata görə, Bakıda keçiriləcək l Avropa Oyunları zamanı yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə əlaqədar Avropa Oyunlarına cəlb edilmiş nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş xüsusi zolaqların keçdiyi bəzi yollarda ümumi hərəkət sürəti dəyişdirilib.
Bakı Kənar Dairəvi yolda nəqliyyat vasitələrinin maksimum hərəkət sürəti 80 km/saata endirilib. Bəzi xüsusi zolaqlarla kəsişmə yerlərində isə 40 km/saata salınıb.
Qeyd edək ki, bu məhdudiyyət Avropa Oyunları qurtarana qədər davam edəcək.
Mübariz Qazıyev Bakıda “oyunlar zolağı”na qanunsuz daxil olan nəqliyyat vasitələrinin sayı xeyli azaldığını bildirib. Onun sözlərinə görə, bu günə qədər paytaxtda quraşdırılan kameralar vasitəsilə 2000-ə yaxın sürücü həmin qaydanı pozduğuna görə qeydiyyata düşüb.
“Mayın 29-da, qadağanın tətbiq olunmağa başladığı gün qayda pozan çox idi. Çoxu bilmədiyi üçün xəttə girirdi. Bu gün isə bir az azalıb. Mayın 29-da 600, 30-da 350, 31-də isə 300-ə yaxın sarı zolağa girən sürücü kamera vasitəsilə müəyyən edilib. Gün ərzində təxminən 200-ə yaxın sürücü qayda pozur. Bundan başqa, kameraya düşməyən, lakin yol polisləri tərəfindən qeydə alınan qayda pozan sürücülər də var”.
Oxşar xəbərlər:

Bakı sakinlərinin çoxdan gözlədikləri şad xəbər
Sosial / Maraq
Suraxanının DYP rəisi Emin Məmmədovun və onun dəstəsinin "özbaşınalıqları"- Araşdırma
Əsas Xəbər
“Oyunlar zolağı”nda çıxarılan oyun…
İqtisadiyyat
Bəzi marşrutların hərəkəti bərpa ediləcək - Siyahı
İqtisadiyyat / Sosial
“Oyunlar zolağı“nı tapdalayan yüzlərlə sürücü cəzalandırılıb
Son xəbər / Kriminal