Son xəbər / İdman

Ermənilər Bakıya nə vaxt gəlir?

679
Ermənilər Bakıya nə vaxt gəlir?
Birinci Avropa Oyunlarında iştirak etməyə hazırlaşan Ermənistanın sərbəst güləş üzrə komandası Bakıya iyunun 15-də gələcəklər. Onlar Tiflis hava limanından paytaxtımıza uçacaq. Komanda Bakıdan iyunun 19-da qayıtmalıdır.

Liderinfo.az-ın məlumatına görə, Bakıya 57 kiloqram çəkidə ötən il Avropa çempionatının mükafatına layiq görülmüş Qarik Barseğyan, 23 yaşadək güləşçilər arasında Avropa çempionu Volodya Franqulyan, 2013-cü il dünya və Avropa çempionu 65 kiloqram çəkidə çıxış edən Davit Safaryan, 74 kiloqram kateqoriyasında ötən və bu il Avropa çempionatında ikinci yeri tutmuş Qriqor Qriqoryan, 86 kiloqram çəkidə müxtəlif dəyərli mükafatlar qazanan Musa Murtazaliyev və Ermənistan milli komandasının yeni üzvü, 125 kiloqram çəkili gələcək. Levan Berianadze Gürcüstan komandasının tərkibində gənclər və yaşlılar arasında Avropa və dünya mükafatçısı olub.

Ermənistan sərbəst güləş üzrə milli komandasının baş məşqçisi Arayik Bağdadyan keçirdiyi mətbuat konfransında sərbəst güləşçilərin qızğın məşqlər etdiyini bəyan edib.

Məşqçinin sözlərinə görə, sərbəst güləş üzrə yarışlarda Ermənistan komandası altı çəki kateqoriyasında çıxış edəcək.

"Sərbəst güləşçiləri daha dörd məşqçi, həkim, Ermənistan güləş federasiyasının sədr müavini Hrant Yenokyan və baş katibi, Ermənistan Milii Məclisinin üzvü Bazmaser Arakelyan müşayiət edəcəklər".