Son xəbər

Şəki ƏSMM-dən prezidentə ŞİKAYƏT

816
Şəki ƏSMM-dən prezidentə ŞİKAYƏT
Şəkidən 1-ci qrup gözdən əlil Rafiq Vəliyev TİA.AZ-a məktub yazıb. Şikayətçi qeyd edir ki, 127 manat təqaüd alır. Onun sözlərinə görə, 2013-2014-cü illərdə ünvanlı sosial müavinət verilib.

“Şəki Əmək Sosial Müdafiəsi Mərkəzinin direktoru Elçin müəllim olduqdan msənə müavinət düşmür. Deyir, get, hara istəyirsən, şikayət et. Sanki Azərbaycan Qanunları bu məmura aid deyil.
Səbəbini də qeyd edir ki, mənim 4 nəfərlik ailəmin balansında 0,94 hektar torpaq sahəsi var. Halbuki bu günə qədər mənə torpaq Aktı verilməyib.
Əmlak Komitəsinin 12 saylı Ərazi İdarəsinə müraciət etmişdim. Rəis cavab yazdı ki, hələlik sənin yerinin elektron xəritədə döngə nöqtələrinin koordinatları düzgün olmadığından yenidən işlənməsi üçün Bakıya göndəriblər”.
R.Vəliyev bildirir ki, Şəki ƏSMM sədri 31 mart 2015 komissiyasının formal tərtib etdikləri aktı bəhanə gətirərək ailəyə sosial yardım verilmir:
“Ombudsmana da yalan məlumat veribdir. Yəni rəis bilmədən, yoxlamadan kəndli olduğuma görə torpağımın olma ehtimalını əsas götürüb belə qərar verib.
Yerli bələdiyyə də bu formal verilən lakin hələ də yerini bilmədiyim torpaqla bağlı ƏSMM-ə arayış verib ki, mən 1-ci qrup gözdən əlil olduğum üçün torpaqda başqa yaxın qohumlarım istifadə edir.
Yenə də ƏSMM müdiri Elçin heç bir sənədə məhəl qoymayaraq məmur özbaşınalığı ilə məşğuldur.
Cənab Prezident, Siz bu məmuru başa salın ki, iqtisadi durumu ağır olan Azərbaycan vətəndaşına ünvanlı sosial yardımlar dövlət büdcəsindən ayrılır.
Elçin bilsin ki mənim həqiqətən kasıb olduğuma görə sosial ünvanlı yardım almaq üçün heç kimə verəsi 800 manat nağd pulum yoxdur”.