Son xəbər / Kriminal

Kürdəmirdəki uşaq qətlinə görə saxlanılan var

857
Kürdəmirdəki uşaq qətlinə görə saxlanılan var
Liderinfo.az-ın əldə etdiyi məlumata görə, qətldə şübhəli bilinən kənd sakini Seyran Məmmədov saxlanılıb, hazırda Kürdəmir Rayon Polis Şöbəsindədir.

Yeri gəlmişkən, Ərəbqubalı kənd bələdiyyəsindən saytımıza bildirilib ki, Babayevlər ailəsinin heç kimlə düşmənçiliyi olmayıb, ona görə də azyaşlının qətli kənd sakinləri arasında ciddi narahatçılığa səbəb olub. Bələdiyyə sədrinin müavini Haqverdi Sadıqov mərhumun ailə üzvlərinin təsərrüfatla məşğul olduqlarını deyib: “Çox sakit, zəhmətkeş bir ailədirlər. Uşağın atası Mayıs Babayev kababçılıqla məşğul olur, imkanlı ailə də deyillər. Qətlin hansı səbəbdən baş verməsi heç kimə məlum deyil”.

Kürdəmir rayonunda dəhşətli qətl törədilib.

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü İzzət Babayevin üzərində zorakılıq əlamətləri olan meyiti nar bağında aşkar edilib.

...Artıq bu qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Belə ki, lent.az-ın əldə etdiyi məlumata görə, ilkin müayinə nəticəsində yeniyetmənin ağzına dəsmal basılaraq öldürülməsi müəyyən edilib.

Hadisənin hansı şəraitdə və kimin tərəfindən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.