Son xəbər / İqtisadiyyat

Naxçıvan vaxtı keçmiş kredit borcuna görə öndədir

831
Naxçıvan vaxtı keçmiş kredit borcuna görə öndədir
Vaxtı keçmiş kreditlərə görə ən pis vəziyyət Naxçıvandadır

Bu barədə iqtisadçı-alim Qubad İbadoğlu məlumat yayıb.

Q.İbadoğlu bildirib ki, Mərkəzi Bankın bu ilin avqust ayının 1-nə açıqladığı məlumatlar əsasən iqtisadi rayonlar arasında vaxtı keçmiş kreditlərin ən yüksək səviyyəsi Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.

Belə ki, həmin dövrdə Azərbaycan üzrə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı 6,4 faiz təşkil etdiyi halda Naxçıvan iqtisadi regionu üzrə bu göstərici 9,2 faiz olub.

Respubllika üzrə orta səviyyə ilə müqayisədə Naxçıvan iqtisadi rayonundan sonra daha pis göstərici Şəki-Zaqatala iqtisadi regionu üzrə - 8,9 faiz, Lənkəran iqtisadi rayonu üzrə - 8,6 faiz, Abşeron iqtisadi rayonu üzrə - 7,8 faiz qeydə alınıb.

Göründüyü kimi, bu iqtisadi rayonlar kreditlərin vaxtında qaytarılması sahəsində intizamı ən çox pozan bölgələrdir.

İqtisadçının fikrincə, vaxtı keçmiş kreditlər üzrə həmin bölgələrdə yaranmış vəziyyət orda sahibkarlıq mühitinin digər bölgələrdən əlverişsiz olduğunu xarakterizə edir.

Eyni zamanda adıçəkilən bölgələrdə bankların kredit portfelinin ölkə üzrə orta göstərici ilə müqayisədə daha da keyfiyyətsiz olmasının digər səbəbləri pis idarəçilik və sosial-iqtisadi sahədə geriləmələrdir.