Son xəbər / Sosial

Təhsildə yeni sistem, müəllimlərin maaşı artır?

1960
Təhsildə yeni sistem, müəllimlərin maaşı artır?
Azərbycanda təhsilin gələcək tərəqqisini özündə ehtiva edən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın fəaliyyət planı bir müddətdir ki, təsdiqlənib. Hazırlanmasına hələ 2013-cü ildə başlanılan strategiya 12 illik ümumi təhsilə keçidi başlıca hədəf seçib.


Dünyanın əksər ölkələrinin təhsil müəssisələrində də sözügedən təhsil sistemi mövcuddur.
Məsələn, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14 ildir. Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 illik ümumi təhsil tətbiq olunur. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Ümumiyyətlə, hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələr dünya üzrə çoxluq təşkil edir. Son statistik məlumatlara görə belə ölkələrin sayı 170-i ötüb. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir.

Təhsil üzrə ekspertlər də 12 illik təhsil sisteminə keçidin qaçılmaz olduğunu bildirirlər.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün sözlərinə görə, 12 illik təhsilə keçid Azərbaycan təhsil sisteminin, xüsusən də orta məktəb bölümünün Avropaya inteqrasiyasında yeni imkanlar açacaq: "Orta məktəblərdə təhsilin bu istiqamətdə aparılması məktəblər qarşısında geniş imkanlar yaradacaq. Bundan əlavə, təhsil şagirdlərə bilik və bacarıqlar imkanı qazandıracaq. Proqramların dəyişdirilməsi, daha da modernləşdirilməsi, XXI yüzilliyin fənlərinin orta məktəbdə daha geniş tədris olunmasına imkan yaradacaq. Biz hələ buna gecikirik. Halbuki 1992-ci ildə təhsil haqqında qanunun müzakirələri zamanı 12 illik təhsil sistemi məsələsi qaldırılmışdı. Çox təəssüflər olsun ki, bu məsələ müzakirə edilsə də sonradan bu istiqamətdə heç bir addım atılmadı”.