Siyasət / Son xəbər
Artur Rasi-zadə sədr seçildi
914

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Liderinfo.az ARDNF-ə istinadla verdiyi məlumata görə, baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2014-cü il büdcəsinin icrası məsələlərinə baxılıb.
Müşahidə Şurası Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2014-cü ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatına baxaraq onları məqbul hesab etmiş və Neft Fondunun 2014-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.
Baş nazir A.Rasi-zadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.
Oxşar xəbərlər:

Oliqarxın məhkəməsində: “144 milyon manat haradan çıxdı?”
Redaksiya seçimi
Bakıda icra başçılarının sahib olduqları restoranlar, ticarət obyektləri, tikinti şirkətləri - SABUNÇU
Əsas Xəbər
Maşını olanlara şad xəbər — Bu sənəd ləğv olundu
Maraq
Penitensiar Xidmətin Baş İdarəsində müşavirə (FOTO)
Ana səhifə
İlham Əliyev sərəncam imzaladı
Ana səhifə / Son xəbər