Siyasət / Son xəbər

Erməni vəkil: “Dilqəm Əsgərov əfv istəməyib“

828
Erməni vəkil: “Dilqəm Əsgərov əfv istəməyib“
İşğal altındakı Kəlbəcər rayonu ərazisində girov götürülmüş və qanunsuz "məhkəmə"nin qərarı ilə ömürlük həbsə məhkum edilmiş azərbaycanlı Dilqəm Əsgərov separatçı rejimin rəhbərliyindən əfv istəməyib

Liderinfo.az-ın news.am saytına istinadən verdiyi məlumata görə, bunu onun üçün təyin olunmuş vəkil Erik Beqlaryan deyib. E.Beqlaryan bildirib ki, D.Əsgərovun belə bir arzusu yoxdur.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin oyuncaq “məhkəməsi” ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. “Apellyasiya Məhkəməsi” bu qərarı qüvvədə saxlayıb.