Siyasət / Son xəbər

Amerikalı səfir: “Heç kəs Qarabağda yeni müharibə istəmir...”

704
Amerikalı səfir: “Heç kəs Qarabağda yeni müharibə istəmir...”
Rusiya tərəfindən Ukraynada həyata keçirilən beynəlxalq işğal səbəbindən bu ölkənin ABŞ və digər Qərb dövlətləri ilə münasibətləri kəskinləşib, lakin prezident Barak Obama, dövlət katibi Con Kerri ardıcıl şəkildə qeyd edirlər ki, ortaq maraqların olduğu məsələlərdə birgə işləməyə hazırdırlar

Bu barədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills yerli portallardan birinə müsahibəsində Dağlıq Qarabağ problemi ilə bağlı iki ölkənin mümkün əməkdaşlığına dair sualı cavablandırarkən bildirib.

“Düşünürəm ki, ABŞ və Rusiyanın konfliktin dinc nizamlanması ilə bağlı hədəfi eynidir. Bizim qiymətləndirməmizə görə, münaqişə tərəflərindən də heç biri konfliktin və ya müharibənin bərpa olunmasına səy etmir. Biz artıq illərdir çalışırıq ki, düşmənçiliyi aradan qaldırmadan ötrü ermənilər və azərbaycanlılar arasında ünsiyyəti təmin edək” – diplomat deyib.

Səfir Minsk Qrupu həmsədrliyinə Türkiyə və Almaniyanın gətirilməsinin mümkünlüyünə də toxunub. “Birləşmiş Ştatlar hesab edir ki, indiki tərkibdə dəyişiklik etməyə heç bir ehtiyac yoxdur. Əgər bütün tərəflərin hamısının razılığı yoxdursa, Minsk Qrupunun tərkibində hər hansı dəyişiklik mümkün deyil,” – Mills vurğulayıb