Siyasət

Elmar Vəliyev Gəncədə repressiya dalğası başlatdı

2356
Elmar Vəliyev Gəncədə repressiya dalğası başlatdı
Ötən gün “Gəncədə 500 min manatlıq yığım başladı” başlıqlı məqalə dərc olunmuşdu.

Məqalədə qeyd olunurdu ki, Avropa Oyunları bitən kimi Elmar Vəliyev məmurları və iş adamlarını toplayaraq tapşırıq verib ki, Gəncədəki yataqxana binalarına üzlük döşəmək və Gəncədə çay qırağında bulvar salmaq üçün mənə təcili 500 min manat pul lazımdır. Beləliklə icra başçısının pul yığımı mexanizmi işə salınıb. Şəhərdəki müəssisələrdən və məktəblərdən təcili pul yığımı baslayıb. Bütün sahibkarları, iş adamlarını bir-bir çağırıb pul tələb edirlər. Şəhərin memarı Azad Əliyev başçının tapşırığı ilə obyekt sahiblərini çağırtdırıb hər birindən pul tələb edir, əks təqdirdə obyekti sökdürməklə hədələyir. Məqalə ciddi maraq doğuraraq digər saytlar tərəfindən tirajlandı.