Siyasət / Maraq

"Ermənistan yenə Rusiyaya təslim oldu"

737
 "Ermənilər hər dəfə öz müstəqilliklərini müvəqqəti stabilliyə dəyişirlər"
 
 
 
 
  "Ermənistan yenidən təslim oldu. Hər dəfə ölkə müstəqilliyini elan edəndən sonra yenidən Rusiyanın hakimiyyəti altına keçir. Sonuncu dəfə 2013-cü il sentyabrın 3-də Ermənistan yenidən Rusiyanın bir hissəsinə çevrilmişdi".

Liderinfo.az-ın məlumatına görə, bunu erməni şərhçi Naira Ayrumyan yazdığı məqaləsində bildirib. O, Ermənistanın indi də müstəqil olmadığını, daim Rusiya ilə Qərb arasında seçim etməli olduğunu deyir. 

"Hər belə seçim isə onunla nəticələnir ki, biz (Ermənistan) öz müstəqilliyimizi qurban verməli oluruq - ya təhlükəsizlik naminə, ya da Rusiyaya. Moskva sərt siyasət yürüdür - hər dəfə "təslim olun, müqavimət göstərməyin faydası yoxdur" qışqırır. Kimlərsə müqavimət göstərir və azad olur, təkcə Ermənistandan başqa", - deyə erməni şərhçi bildirib.

Erməni hakimiyyətinin apardığı siyasəti sərt tənqid edən Ayrumyan istehza ilə bildirib: "Sülhsevər ermənilər daim "kompromisə" hazırdırlar - hər dəfə öz müstəqilliklərini müvəqqəti stabilliyə dəyişirlər".