Siyasət

Azərbaycan ordusu daha bir erməni əsgərini məhv etdi

871
Azərbaycan ordusu daha bir erməni əsgərini məhv etdi
Bu gün - iyunun 26-da saat 18:30-da Ermənistanın Naxçıvanla sərhədində erməni hərbçisi öldrülüb.

liderinfo.az saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsryun Ovannisyan öz facebook səhifəsində paylaşıb.

A.Ovannisyan bildirib ki, Ermənistan Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edən sıravi, 1987-ci il təvəllüdlü Arman Yepremyan Azərbaycan tərəfinin açdığı atəş nəticəsində həlak olub.

"Çox maraqlıdır ki, təmas xəttinin bu hissəsində son bir ildə demək olar heç bir atəş səsi eşidilməmişdi”, - deyə Ovannisyan bildirib.