Siyasət / Son xəbər

Sarkisyan çətin durumda, etirazlar qızışdı

710
Sarkisyan çətin durumda, etirazlar qızışdı
İrəvanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edən nümayişçilər Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən imtina ediblər.

Bu barədə Liderinfo.az “Novosti – Armeniya”ya istinadən xəbər verir.

Məlumatda bildirilir ki, Sarkisyan nümayişçilərdən ibarət 2-3 nəfərlik qrupu qəbul etməyə hazır olub. İrəvan polisinin rəis müavini Valeriy Osipyan bu barədə aksiya iştirakçılarını məlumatlandırıb.

Lakin koordinasiya qrupu bəyan edib ki, onlar Sarkisyanla görüşdən imtina edirlər və prezidentin birbaşa efirdə İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Komissiyanın elektrik enerjisinin tariflərinin qaldırılması üzrə qərarını ləğv etməsini istəyirlər.

Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar. Etirazçıların toplaşdığı ərazilərdə küçə işıqlandırılması söndürülüb.

Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz ediblər.

Bizi izləməyə davam edin.[b][/b]