Siyasət / Əsas Xəbər

Mövlud Çavuşoğlu: “İşğal edilmiş torpaqların hamısı Azərbaycana veriləcək”

Mövlud Çavuşoğlu: “İşğal edilmiş torpaqların hamısı Azərbaycana veriləcək”
"İşğal edilmiş Azərbaycan ərazilərinin tamamı Azərbaycana veriləcək. Digər tərəfdən, bu razılaşmanın altında Ermənistan rəhbərinin imzası varmı? Var”.

LIDERINFO.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.

"Biz daha öncə atəşkəs imzalamışıq, yenə pozarıq desələr, o zaman bədəlini ödəyərlər. Burada Azərbaycan qan tökməyə həvəsli deyil, hər nə qədər himnində "həm qadirik, həm hazırıq” deyirsə, Azərbaycan bu işin sülh yolu ilə çözülməsi üçün çox səbir edib”, o qeyd edib.

"Qəhrəman Azərbaycan Ordusu, Ali Baş Komandanı və xalqı ilə qürur duyuruq. Gücümüzü dosta və düşmənə göstərdik. Öz torpaqlarını azad etmək üçün şəhid olan şəxslərə Allahdan rəhmət diləyirəm. Azərbaycan Ordusunun bu zəfəri bizi çox duyğulandırdı” deyə nazir bildirib.