Siyasət / Əsas Xəbər

Ermənilərin xaricdə Azərbaycana qarşı terroru nə qədər davam edəcək? (ŞƏRH)

Ermənilərin xaricdə Azərbaycana qarşı terroru nə qədər davam edəcək? (ŞƏRH)
"Ermənilər Qarabağ cəbhəsində məğlub olduqca mənəviyyatsız, şərəfsiz addımlarını davam etdirəcək".

Bunu LIDERINFO.AZ-a açıqlamasında hərbi ekspert Emin Həsənli Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna edilən hücumdan danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycan hüquqdan, əxlaqdan kənar bir düşmənlə üz-üzə mübarizə aparır:


"Hesab edirəm ki, Qarabağ azad ediləndən sonra bir müddət onların bu hərəkəti davam edəcək və hamısının da qarşısı alınacaq. Ermənistan terrorçu dövlətdir. Onun vətəndaşlarının böyük əksəriyyəti də terrora meyilldir və çoxlu sayda terror qrupları var. Ermənilər dünyada ilk terror təşkilatını yaradanlardır. Dövlət qurmamışdan əvvəl terror təşkilatları yaradıblar".

Emin Həsənli qeyd edib ki, onların bütün fəaliyyəti terrordan ibarətdir:

"Əsrlər dəyişir, amma onların təfəkkürü dəyişmir. Hər zaman da terrordan istifadə edirlər. Onlar nə qədər türk diplomatlarını xarici ölkələrdə qətlə yetiriblər. Eləcə də Azərbaycan vətəndaşlarına qarşı terror törədiblər. Tovuz hadisələrindən sonra da Rusiya və Amerikada, Avropada bu hadisələri törətməkdə davam edirlər".

Qeyd edək ki, bu gecə Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum edilib. Hadisə zamanı xəsarət alan olmayıb. Konsulluğa hücuma səbəb son günlər Azərbaycan Ordusunun Qarabağdakı əks-hücum əməliyyatları və nəticədə uzun illər işğalda olan torpaqların azad edilməsi göstərilir.

Xatırladaq ki, ermənilər artıq bir neçə xarici ölkədə Azərbaycana və Türkiyəyə qarşı terror və təxribat törədiblər.

Ermənilərin xaricdə Azərbaycana qarşı terroru nə qədər davam edəcək? (ŞƏRH)