Siyasət / Redaksiya seçimi

RF və Türkiyə “Türk axını” üzrə iyunun sonuna qədər razılaşma imzalaya bilərlər

652
RF və Türkiyə “Türk axını” üzrə iyunun sonuna qədər razılaşma imzalaya bilərlər
Yunanıstan maraqlı olduğunu artıq bəyan edib.

Rusiya və Avropa İttifaqı 27-29 iyun tarixlərində “Türk axını” infrastrukturunun və Ukraynaya qaz çatdırılması məsələlərini müzakirə edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası energetika naziri Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, Avropa komissarı ilə bərabər görüşdə həm də Ukraynadan yan keçən marşrut məsələləri, eləcə də qaz sahəsində Rusiya-Ukrayna münasibətləri müzakirə ediləcək.

“Türk axını”na dair Novak qeyd edib ki, RF və Türkiyə bu layihənin inşasına dair iyunun sonuna qədər razılıq imzalaya bilərlər.

“Bizdə hökumətlərarası razılığın iyunun sonuna qədər imzalanmasına dair anlayış var”, - o qeyd edib.

Novakın sözlərinə görə, Rusiya şirkətləri və bankları bu layihənin Yunanıstanda yerüstü infrastrukturun inşasını maliyyələşdirilməsində iştiraka hazırdırlar.

“Hələlik bu layihə işlənmə mərhələsindədir, amma Rusiya tərəfi infrastrukturun inşasının maliyyələşdirilməsində iştirak etməyə hazırdır”, - nazir qeyd edib.

Novak qeyd edib ki, Türkiyə “Türk axını” layihəsinə dəniz hissəsinin inşasından öz iqtisadi sahələri çərçivəsində daxil ola bilər.

Onun sözlərinə görə, söhbət 200 km-yə yaxın sahədən gedir, bu sahə Türkiyə iqtisadi sahəsinə aiddir.

Novak əlavə edib ki, Yunanıstan öz növbəsində qaz kəmərinin inşasında maraqlı olduğunu artıq bəyan edib.