Siyasət / Əsas Xəbər

Təhsil Şöbəsinin müdiri ilə İcra başçısı məni yenidən şərləyib tutdurmaq istəyirlər:-PREZİDENTƏ MÜRACİƏT

638
Təhsil Şöbəsinin müdiri ilə İcra başçısı məni yenidən şərləyib tutdurmaq istəyirlər:-PREZİDENTƏ MÜRACİƏT
Məni yenidən şərləyib tutdurmaq istəyirlər:Müqabil Baxşıyev

Hörmətli LİDERİNFO.AZ agentliyi! Laçın rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərlinin və Laçın Rayon Təhsil şöbəsinin müdiri Nicat Həsənovun qanunsuz əməlləri və mənə tətbiq etdikləri iqtsati sanksiyalarla bağlı Cahan.info və Reportyor.info saytlarına müraciət etmişəm. Bu müraciətim saytlarda dərc olunduqdan sonra həm laçın Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərli və həmdə Laçın Rayon Təhsil şöbəsinin müdiri Nicat Həsənovun əsabələri tərəfindən təhtidlərə, hədələrə məruz qalmışam.Azərbaycan Respublikasının ali qanunlarına məhəl qoymayan, Laçın rayonunu öz qanunları ilə idarə edən Aqil Nəzərlinin mənə qarşı olan tətidlərinin, hədələrinin real olacağına heç bir şübhəm yoxdur. Mən hesab edirəm ki, Azərbaycan Hökumətinin Laçın rayonundan heç bir xəbəri yoxdur və buna görədə Aqil Nəzərli istədiyini edə bilir. Laçın rayonunda yaranmış bu qorxun vəziyyət barədə Prezident Admistrasiyasına etdiyim müraciətlərimə heç bir cavab verilmir. Çox təssüf hissiylə qeyd etməliyəm ki, Prezident Admistrasiyasının Ərazi İdarəetmə və yerli özünü idarəetmə orqanlarla iş şöbəsinin məsləhətçisi Ağəli Əhmədovda Aqil Nəzərlinin qanunsuz əməllərinə örtbasdır etməkdə davam edir. Ağəli Əhmədovun Aqil Nəzərlinin müdafiəsində dayanması rayonda məmur özbaşnalığını pik həddə çatdırıb. Ağəli Əhmədov Laçın rayon mərkəzinin bütün sturukturları yerləşdiyi Taxta Körpüyə gəldikdə onun qəbuluna düşməkdə mümkün deyil. Yalnız İcra Başçısı Aqil Nəzərlinin icazə verdiyi şəxslər Ağəli Əhmədovun qəbuluna girə bilər.

Mən hesab edirəm Aqil Nəzərli Ağəli Əhmədovun ona himayədarlıq etməsindən dahada şirnikib bu dəfədə məni hansı yolla olursa olsun həbs edtirəcək. Sizin saytınız vastəsiylə Azərbaycan Respublikasının Möhtərəm Prezidenti İlham Əliyev cənablarına müraciət edirəm.

Cənab Prezident!
Ali təhsilliyəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Ömrümün 22 ilini pedeqoji fəaliyyətə həsr etmişəm. Müəllim, məktəb direktoru, Laçın Rayon Təhsil Şöbəsində metodist və məsləhətçi vəzifələrində çalışmışam. Azərbaycan Respublikasının vətəndaşıyam. Azərbaycan Dövlətinin və hökumətinin taleyimə biganə yanaşmasının, insan haqlarımın, vətəndaş hüquqlarımın ayaq altına atılmasına rəvvac verilməsinin səbəblərini bilə bilmirəm. Ağəli Əhmədovun Aqil Nəzərliyə olan isti münasibəti sayəsində Prezdent admistrasiyasına etdiyim çoxsaylı müraciətlərimə heç bir cavab verilməməklə müraciət etmək hüququmda kobut surətdə pozulub Halbu ki, Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir.

Azərbaycan Respublikası Konstitusiyasının ikincı bölməsinin 3-cü fəsli əsas hüquqlar, azadlıqlar və vəzifələrdən bəhs edir.

Konstitusiyanın 57-ci maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ var. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə yazılı cavab veriliməlidir.

Cənab Prezident!
Mənim müraciətlərimə heç bir cavabın verilməməsi və Laçın Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərlinin insan haqlarımı, vətəndaş hüquqlarımı ayaq altına atmasını onu göstərir ki, mən Azərbaycan Respublikasının heç bir hüququ olmayan "vətəndaşıyam".
Cənab Prezident!

sizdən bir daha xahiş edirəm ya məni Ağəli Əhmədovla Aqil Nəzərlinin zülmündən xilas edin ya da Azərbaycan Respublikasından hər hansı bir xarici ölkəyə sürgün edin.

Laçın Rayonundan məcburi köçkün, qaçqınlıq təki dəhşətli bir bəlanın astanasında dayanmış Baxışov Müqabil Baxış oğlu