Siyasət

Avropa Şurası Azərbaycana xəbərdarlıq edir

292
Avropa Şurası Azərbaycana xəbərdarlıq edir
Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanla bağlı Avropa Konvensiyasının 46.4 maddəsilə prosedura başlaya bilər.

Bu barədə Avropa Şurasının oktyabrın 25-də Strasburqda qəbul etdiyi qərarda bildirilir. Məlumatı AzadıqRadiosu yayıb.

Söhbət Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının Azərbaycanda icra edilmənəsindən gedir.

Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldıra bilər.

Bu, bir növ Azərbaycana xəbərdarlıqdır. Növbəti addımlar da gələ bilər.

Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycan üçün hansı nəticələri ola biləcəyi barədə hələlik heç kəs konkret fikir söyləyə