Siyasət

MTN-in sabiq şöbə rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayır

327
MTN-in sabiq şöbə rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Bu barədə APA-ya V. Ələkbərovun vəkili Ülvi Məmmədov məlumat verib. O bildirib ki, şikayətə noyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Qədim Babayevin icraatına verilib.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrlə ittiham olunur.

V. Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbəsinin əlindən alınması barədə qərardad da çıxarıb.