Siyasət / Kriminal

Laçın Rayon polis rəisi Mamed Kərimovun işdən çıxma səbəbi nədir?- İHB-nın müavini olacaqmı?

1834
Laçın Rayon polis rəisi Mamed Kərimovun işdən çıxma səbəbi nədir?- İHB-nın müavini olacaqmı?
Mamed Kərimov polis rəisi vəzifəsindən uzaqlaşma səbəbi Aqil Nəzərlinin ona müavin vəzifəsinin verilməsi iddia olunur.

Bu barədə LİDERİNFO.AZ övladı İcra Başçısı tərəfindən şərlənərək həbs edilən Baxışov Baxış adlı rayon sakini bildirib.

Bildirirəmki, oğlum Müqabil Baxışov Laçın rayon İHB-si A. Nəzərlinin diplomunun saxta olması, onun hərbi xidmətdə olmanası və rayonumuzda olan krıminal vəziyyətlə bağlı, baş prokrorluğa və s. Aidiyyatı orqanlara müraciət etmişdir. A.Nəzərli üçün maneə olan M. Baxışovu hər hansı yolla olursa olsun aradam götürməyə çalışan A. Nəzərli bir müddət sosial şəbəkələrdə oğlumun PKK terror təşkilatı ilə əlaqəli olması barədə sifarişli yazılar dərc etdirdi. Lakin bu faktlar öz doğruluğunu tapmadiğı üçun o oğlumu həbs etdirə bilmədi. M.Baxışovun həbsi üçün dəridən qabıqdan çıxan A. Nəzərli Laçın rayon polis şöbəsinin rəisi ilə belə bir araya gəldilər. M.Kərimov oğlumu həbs edəcəyi təqdirdə ona içra aparatında birinci müavin vəzifəsi veriləcəyi vəd edildi. M.Kərimov polis şərəfinə xəyanət edərək , şəxsi mənafeyi naminə oğlumu şərləyərək həbs etdirdi.
A.Nəzərlinin sifarişini çox məharətlə yerinə yetirən və onun etibarını qazanan M. Kərimov yaxın günlərdə Laçın RİHB-sının birinci müavini vəzifəsinə təyin olunacaq.

O zaman yuxarida göstərdiyim faktların doğru olmasının şahidi olacaqsızki, rayonda oğrularla iş birliyi quran, bir neçə sakinin günahsız ölümünü örtbasdır edib, özünə intihar kimi sənədləşdirib cinayət işini bağlayan "qəhrəman" M.Kərimov hansı yollardan keçib bu vəzifənin sahibinə çevriləcək