Siyasət

İranın ədliyyə naziri Azərbaycana gəlir

478
İranın ədliyyə naziri Azərbaycana gəlir
Fevralın 16-da İranın ədliyyə naziri Mustafa Məhəmmədi Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, iki gün davam edəcək səfər çərçivəsində iranlı nazirin azərbaycanlı həmkarı, eləcə də Baş nazir, parlament spikeri və digər rəsmi şəxslərlə görüşləri gözlənilir.

Bundan başqa, daha öncə Azərbaycan və İran Ədliyyə nazirlikləri arasında imzalanmış hüquqi sazişlər ətrafında fikir mübadiləsi aparılacaq, ikitərəfli münasibətlərin inkişaf prespektivləri müzakirə ediləcək.