Siyasət / İdman

"Bu qədər gözəl olacağını biz də gözləmirdik" - Lukaşenko

610
"Bu qədər gözəl olacağını biz də gözləmirdik" - Lukaşenko
“Belarus və Azərbaycan bir-birinə yaxındır və yaxşı münasibətlərə malikdir”

Liderinfo.az-ın xəbər verir ki, bu açıqlamanı Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda İlham Əliyevlə görüşərkən verib. Məlumatı Belarusun BELTA xəbər agentliyinin müxbiri yayıb.

Belarus prezidenti Azərbaycanın Avropa Oyunlarına hazırlığını yüksək qiymətləndirib.

“Oyunlara hazırlaşmaq üçün sizin cəmi iki iliniz vardı. Siz heç nə etməsəydiniz bütün bunlar mümkün olmayacaqdı. Biz şübhə etmirdik ki, bunlar olacaq, amma bu qədər gözəl olacağını biz də gözləmirdik. Biz valeh olduq” – deyə Lukaşenko bildirib.

Belarus prezidenti deyib ki, o dünya tarixində ilk dəfə keçirilən idman forumunun açılışına gəlməyə bilməzdi.

Qeyd edək ki, Avropa Oyunları 12 iyundan 28 iyunadək keçiriləcək. Belarus komandası oyunlarda 151 atlet, 53 məşqçi ilə iştirak edəcək.