Siyasət

Prezidentlərin Vyana görüşü Qarabağa nə vəd edir? - ŞƏRH

838
Prezidentlərin Vyana görüşü Qarabağa nə vəd edir? - ŞƏRH
Minsk Qrupunun həmsədrləri Azərbaycanla Ermənistan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı birbaşa danışıqlara səsləyiblər. Belə bir görüşün gələn həftə Vyanada baş tuta biləcəyini deyiblər.

Mövzu ilə bağlı Qaynarinfo.az-a danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, Minsk Qrupunun açıqlması onların əsas istəyinin atəşkəsə riayyət edilməsi olduğnu göstərir:

"Bu prinsip münaqişənin həlli demək deyil. Əksinə, vaxtı uzatmaq, status-kvonu qorumaq məqsədi daşıyır. Bu da bizim yox, Ermənistanın maraqlarına xidmət edir. Ona görə də bu görüşdən hər hansı bir nəticə gözləmirəm. Çünki böyük dövlətlərin düşmənə müşahidə etmirik ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmağa hazır olsun. Bunlar olmadığına görə Vyanadakı görüşdən heç nə gözləmək olmaz. Orda sadəcə fikir mübadiləsi aparılacaq".