Siyasət

Prezident Bakıda yol tikintisinə 5,2 milyon manat ayırdı

580
Prezident Bakıda yol tikintisinə 5,2 milyon manat ayırdı
Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

LİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısı prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon (beş milyon iki yüz min) manat ayırıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.