Siyasət

Ermənistan Qarabağa xüsusi təyinatlıları yığır

692
Ermənistan Qarabağa xüsusi təyinatlıları yığır
Qarabağa göndərilən dəstələr Sərsəng su anbarının ətrafında toplaşıblar.


Ermənistan Dağlıq Qarabağa xüsusi təyinatlı polis dəstəsini göndərir. ANS PRESS-in erməni KİV-inə istinadla verdiyi məlumata görə, polisləri daşıyan bir neçə avtomobil Qarabağa doğru gedib.

"Bizim polislərə yaxın mənbələrimiz Ermənistanın xüsusi təyinatlı polis dəstələrinin Qarabağa ezam olunduqlarını yazır”, - deyə "Çorrord işxanutyun" qəzeti yazır. Məlumata görə, Qarabağa göndərilən dəstələr Sərsəng su anbarının ətrafında toplaşıblar.

Qondarma Dağlıq Qarabağ Respublikasının yaydığı məlumatda da bildirilir ki, Qarabağda Ermənistanın xüsusi təyinatlı polis qüvvələri gücləndirilmiş iş rejimində işləyirlər.

Aprelin 1-dən 5-nə qədər davam edən hərbi əməliyyatlar zamanı Ermənistan ordusuna döyüşmək üçün könüllü dəstələrin cəlb edildiyi barədə məlumat yayılmışdı.

Orduya cəlb edilən mülki şəxslərin əksəriyyəti yaşı 60-ı ötmüş, qoca insalardır.


Erməni ordusunun böyük iflası və Qarabağdan qaçan əhali
Həmçinin müharibənin davam etdiyi vaxt Xankəndidə və digər ətraf şəhərlərdə yaşayan insanlar evlərini tərk edirdilər. Əsgəran rayonunu tərk etmək istəyən əhalinin qarşısını almaq üçün erməni hərbi qüvvələrinin rayonun çıxışında postlar qurduqları bildirilirdi.

Şəhəri tərk etmək istəyən əhali geri qaytarılır. Tabe olmayan mülki şəxlərə qarşı hətta zor tətbiq edildiyi də bildirilir.


Yəqin ki, xüsusi təyinatlı qüvvələrin Dağlıq Qarabağa gətirilməsinin əsas məqsədi oranı tərk etmək istəyənlərin qarşısını almaqdı. Çünki atəşkəs əldə olunduqdan sonra Birləşmiş Millətlər Təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib ki, Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan, xüsusilə qadınlar, uşaqlar və qocalar evlərini tərk ediblər. Kəndlərdən köçkünlərin böyük hissəsi şimal-şərq hissəsindən olanlardır.

İdarənin məlumatına görə, insanlar Qarabağın başqa rayonlarına, eləcə də Ermənistana qaçıblar. İdarə eyni zamanda qeyd edib ki, məcburi köçkünlərin sayının dəqiq qiymətləndirilməsi mümkünsüz olub.